Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Oqtay Əsədov Xorvatiya prezidenti ilə görüşüb

Oqtay Əsədov Xorvatiya prezidenti ilə görüşüb
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Xorvatiyada rəsmi səfərdədir.


Mayın 18-də başlayan səfərdə Milli Məclisin deputatları Çingiz Əsədullayev, Sahibə Qafarova, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.



Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində O.Əsədov Xorvatiya Prezidenti İvo Yosipoviçlə görüşüb. İ.Yosipoviç dövlətlərimizin strateji tərəfdaş olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya səfər etməsi dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə təkan verib.



Səfər zamanı ölkələrimiz arasında bir sıra sənədlər imzalanmış və Zaqreb Bəyannaməsi qəbul olunmuşdu. Xorvatiya Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. O, ümidvar olduğunu bildirib ki, Milli Məclisin nümayəndə heyətinin bu səfəri parlamentlərarası münasibətlərin daha da inkişaf etməsinə yeni impuls verəcək.



Öz növbəsində, Milli Məclisin sədri O.Əsədov Azərbaycanın dövlət başçısı İlham Əliyevin salamlarını Xorvatiya Prezidentinə çatdırıb. Xorvatiyaya ilk dəfə səfər etdiyini deyən O.Əsədov bu səfərin parlamentlərarası əməkdaşlığın dərinləşməsinə yeni töhfə verəcəyinə inandığını söyləyib. Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclisin sədri iqtisadi əlaqələrin də yaxın zamanlarda yüksələcəyinə əminliyini ifadə edib.



Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan spiker Xorvatiyanın da müstəqillik əldə etdikdən sonra oxşar problemlə üzləşdiyini xatırladıb. Qeyd edilib ki, Azərbaycan münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Lakin münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti nəticə vermir. Milli Məclisin sədri Dağlıq Qarabağ məsələsində Xorvatiyanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və ölkəmizin ərazi bütövlüyünün Zaqreb Bəyannaməsində əks olunduğuna görə Xorvatiya hökumətinə minnətdarlığını bildirib.


Teqlər:
Bu xəbər cəmi 1830 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR