Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Fransa səfirliyi vizalarla bağlı yeni xidmətlər göstərəcək

Fransa səfirliyi vizalarla bağlı yeni xidmətlər göstərəcək


Fransa səfirliyinin Vizalar şöbəsi Fransa, Belçika, Niderland, Lüksemburq, İspaniya və Portuqaliyaya getmək üçün viza almaq istəyən adi pasport sahiblərinə yeni xidmətlər göstərəcək. Fransanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, 2014-cü il mayın 26-dan etibarən təsdiqlənmiş "TLS Kontakt" yardımçı şirkəti görüş vaxtlarının alınmasının idarə edilməsini bu telefonlarla - 404 12 03/ 404 12 04/ 404 12 05/ və bu internet ünvanı vasitəsilə - https://www.tlscontact.com/az2fr/login.php. həyata keçirəcək.



Beləliklə, Fransa səfirliyinin Vizalar şöbəsi bu tarixdən başlayaraq viza almaq istəyənlərə görüş vaxtının verilməsi ilə məşğul olmayacaq.



Bundan başqa, bu yardımçı şirkət viza almaq istəyənlərə telefonla məlumatların verilməsini (prosedurlar, təqdim edilməli sənədlər və s.) və Fransa səfirliyinin Vizalar şöbəsi tərəfindən dosyelər yoxlanıldıqdan sonra pasportların ərizəçilərə qaytarılmasını da öz öhdəsinə götürəcək.



Fransa səfirliyinin Vizalar şöbəsindən verilən pasportlar ərizəçilərə bundan sonra "TLS Kontakt" şirkətində, aşağıdakı ünvanda qaytarılacaq: Bakı, AZ 1025, Xocalı prospekti, 37, Dəmirçi Tover.



Beləliklə də 2014-cü il mayın 26-dan başlayaraq Fransanın Azərbaycandakı səfirliyinin Vizalar şöbəsi görüş vaxtlarının verilməsi və yuxarıda sadalanan xidmətləri yerinə yetirməyəcək.



Bundan əlavə, eksternalizasiya üçün keçid dövrü olan 26 may - 12 iyun tarixində öz sənədlərini Fransa səfirliyinin Vizalar şöbəsinə verəcək şəxslər pasportlarını Vizalar şöbəsindən geri alacaqlar. 2014-cü il mayın 26-dan sənədlərini "TLS Kontakt" vasitəsilə təqdim ediblərsə, o halda pasportlarını "TLS Kontakt" şirkətindən götürəcəklər.



Xidməti və diplomatik pasport sahibləri tərəfindən təqdim edilən ərizələr isə əvvəllər olduğu kimi Fransa səfirliyinin Vizalar şöbəsi tərəfindən qəbul edilərək baxılacaq və öz sahiblərinə geri qaytarılacaq.


Teqlər:
Bu xəbər cəmi 1720 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR