Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Turistlər ən çox hansı rayonlarımıza gedirlər?

Turistlər ən çox hansı rayonlarımıza gedirlər?


Ölkəmizdə yay turizm mövsümü ərzində turistlərin ən çox səfər etdikləri bölgələrin adları açıqlanıb.



Bu barədə Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov məlumat verib. Onun sözlərinə görə, respublikamızda 6-7 turizm regionu olsa da, turistlər daha çox 3 regiona üstünlük verirlər: “Bunlar şimal-şərq (Quba, Qusar, Xazmaz, Nabran), şimal-qərb (Şamaxı, Qəbələ, Şəki, Zaqatala) və çənub zonalarıdır (Lerik, Astara, Masallı). Statistikaya görə, turistlər daha çox şimal-şərq rayonlarına səfər edirlər. Bu siyahıda ikinci yeri şimal-qərb, üçüncü yeri isə cənub rayonları tutur”. Hər zona üzrə turist xidmətlərinin qiymətlərinin fərqləndiyini bildirən Azərbaycan Turizm Assosiasiyasının rəsmisi qeyd edib ki, bu qurum Azərbaycanın bölgələrinə həm daxili, həm də xarici turistləri daha çox cəlb etmək üçün qiymətlərin aşağı salınmasını tövsiyə edir: “Bizim aldığımız məlumatlara görə, regionlarda turizm xidmətlərinin qiymətləri ötən illə müqayisədə yaxşı olmalıdır. Gün ərzində 3 dəfə yemək daxil olmaqla, 25-30 manata bəzi hotellərdə yerləşmək mümkün olacaq. Bəzi hotellər bu qiymətə gün ərzində 3 dəfə yemək vermək üçün müzakirələr aparırlar”. M. Ağakərimovun dediyinə görə, 25-30 manata əsasən şimal və şimal şərq zonasında dincəlmək mümkün olacaq. O, turizm obyektlərində yeməklərin qiymətlərinin səviyyəsindən razı qalmadığını da söyləyib: “Açıq deyək ki, yeməklərin qiymətləri bir qədər bahadır. Əvvəllər rayonda yeməklərin qiymətləri o qədər baha deyildi. İndi turistlərin axını ilə əlaqədar yeməklərin qiymətləri dəyişib. Biz də tövsiyə edirik ki, turistlərin daha çox gəlmələri üçün yeməklərin qiymətləri istədiyimiz səviyyədə olsun”.



M.Ağakərimov hesab edir ki, yeməklərin qiymətlərinin azaldılması turistin gündəlik xərclərini də azaldar.



Assosiasiya sədrinin müşavirinin sözlərinə görə, yerlərdə turist obyektləri turistləri maraqlandıran əlavə xidmətlər - müxtəlif ekskursiyalar, əyləncəli proqramlar təşkil etməlidirlər: “Biz həmişə bildiririk ki, turistləri cəlb etmək ancaq yemək və yatmaqdan ibarət deyil. Yerlərdə turistləri maraqlandıran dequstasiyalar, çay dəstgahları təşkil oluna bilər. Məsələn, Qəbələdə şərab, Şəkidə şirniyyat dequstasiyası etmək olar”.


Teqlər:
Bu xəbər cəmi 1260 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR