ABI Research analitik şirkətinin hesabatına əsasən, 2014-cü ilin birinci rübündə qlobal bazarda Samsung və Apple şirkətləri arasında planşetlərin tədarükü üzrə fərq 9%-dək azalıb.
Bir il əvvəl şirkətlər arasında fərq təxminən 30% təşkil edib.
2014-cü ilin birinci rübündə ədəd sayı üzrə Apple və Samsung planşetlərinin qlobal bazara tədarükü arasında fərq 3,4 milyon təşkil edib.
2014-cü ilin birinci rübünün yekununa görə, Apple şirkəti qlobal planşet bazarında liderliyini qoruyub saxlayıb. 2014-cü ilin birinci rübündə alma şirkəti 16,4 milyon qurğu satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% azdır.
Həmin dövrdə Samsung şirkəti öz tədarükünü 13 milyonadək artırıb. Ümumilikdə bu firmaların məhsulu qlobal planşet bazarının 71%-ni təşkil edir.
2014-cü ilin birinci rübünün yekununa görə, qlobal tədarükün 56%-i Android, 40%-i isə iPad planşetlərinin payına düşür.