Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə Sumqayıt şəhərinin 65 illik yubileyinə həsr olunmuş “Göyərçinim” adlı rəsm müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd Sumqayıtın inkişafı və müasir şəhərə çevrilməsinə gənclərimizin baxış prizmasından yanaşmaq, istedadlı, yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdır. Müsabiqədə Ə.Bakıxanov, Bülbül, S.Rüstəmov adına uşaq incəsənət məktəblərinin şagirdləri iştirak edib.
Müsabiqə rəsm nominasiyası üzrə 1 (bir) yaş qrupu 8-18 yaş arasında keçirilmişdir. Seçim turundan keçən rəsm sahibləri : birinci yer Nigar Mehdiyeva, ikinci yer Nihad Səmədov, üçüncü yer Sahil Hüseynli Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi və Dövlət Rəsm Qalereyası tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqənin musiqi tərtibatında S.Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbinin müəllim və şagirdləri fortopiano və skripkada məşhur bəstəkarların əsərlərini səsləndiriblər.