Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazir AŞ PA həmməruzəçilərini qəbul edib

Nazir AŞ PA həmməruzəçilərini qəbul edib


Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 19-da Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul etmişdir.



Nazir ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlardan irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədilə DİN-də Xüsusi Tədbirlər planlarının hazırlanaraq icraya yönəldiyini xatırlatmışdır.



Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan R.Usubov qeyd etmişdir ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə respublikamızda polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilmişdir.



Bununla yanaşı, “Polis etikası haqqında Avropa Məcəlləsi"ndə təsbit olunmuş prinsiplər və Avropa Şurasının ekspertlərinin fəal iştirakı və tövsiyyələri əsasında «Daxili işlər orqanları əməkdaşlarının etik-davranış Kodeksi» hazırlanmışdır. Qeyd olunmuşdur ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər sistemli şəkildə həyata keçirilir.



Bildirilmişdir ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış 102 Zəng Xidməti də fəaliyyətin məhz insan meyarı kimi ali prinsip üzərində qurulmasına, eyni zamanda, ərazi polis orqanlarına daxil olan siqnallara çevik reaksiya verilməsinə, bu prosesə mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsinə xidmət edir.



Bununla bərabər, əhalinin təhlükəsizliyinin qorunması, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi də yaradılmışdır. Nazirlikdə fəaliyyət göstərən «Qaynar xətt», elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.



Beynəlxalq normalara və standartlara cavab verən şəraitin yaradılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması məqsədilə indiyədək respublikanın 36 şəhər-rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerlərinin inşa olunması, 47-də əsaslı təmir işlərinin aparılması vurğulanmışdır. Qeyd edilmişdir ki, son illər ərzində ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi, Ombudsman Aparatı, digər dövlət və ictimai qurumlar tərəfindən müvəqqəti saxlama yerlərində 1602 monitorinq keçirilmiş, bu zaman aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir.



Görüşdə daxili işlər orqanlarında gender bərabərliyinə də xüsusi diqqət yetirildiyi, əsasən maliyyə, tibb, kadr və digər sahələrdə 2 mindən çox qadın əməkdaşın çalışdığı, məişət zorakılığı zəminində törədilən cinayətlərə, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı təsirli tədbirlərin görüldüyü də qonaqların nəzərinə çatdırılmışdır.



Həmməruzəçilər səmimi qəbula, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə verdiyi geniş məlumata görə cənab Ramil Usubova minnətdarlıqlarını bildirmişlər.



Görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuş, daxili işlər naziri qonaqları maraqlandıran sualları ətraflı cavablandırmışdır.


Teqlər:
Bu xəbər cəmi 1765 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR