Bu il aprelin 1-dən Azərbaycanda “Euro-4” ekoloji standartının tətbiqi özünü aprel ayında ölkəyə gətirilən minik avtomobillərinin sayında kəskin göstərib.
Belə ki, aprelə qədər hər ay Azərbaycana 8 mindən çox minik avtomobili idxal olunub. Ötən ay isə vəziyyət kəskin dəyişib. Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, apreldə cəmi 3588 minik avtomobili gətirilib ki, bu da martla müqayisədə 2,3 dəfə azdır.
Müqayisə üçün deyək ki, martda 8300-dən artıq avtomobil gətirilmişdi. Ötən ilin aprel ayında da ölkəyə gətirilən avtomobilər indikindən 2 dəfədən artıq olub.
Xatırladaq ki, yeni ekoloji standartın tətbiqi ilə əlaqədar Azərbaycana idxal edilən avtomobillərin buraxılış ilinə məhdudiyyət qoyulub.