Tovuza səfər edən Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Choi Suk-in və SECURO şirkətinin rəhbəri cənab Kim Choon-ho rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayevanın iştirakı ilə rayonunun fəal gəncləri ilə görüşüb.
Tovuza Q.Paşayevanın dəvəti ilə ilk dəfə səfər etdiyini deyən səfir rayonla geniş tanış olmaqdan məmun olduğunu deyib və onu çox əhəmiyyətli adlandırıb.
Çıxışında rayon haqqında geniş məlumat verən və səfiri, SECURO şirkətinin rəhbəri və nümayəndə heyətini salamlamaqdan məmuniyyət duyduğunu deyən icra hakimiyyəti başçısı T.Zeynalov bu səfərdən sonra Koreya ilə Tovuz rayonu, səfirlik arasında əməkdaşlığın genişlənəcəyinə,ortaq layihələrin həyata keçiriləcəyinə inandığını deyib.
Ölkələrimizin rəhbərləri arasında yaxşı münasibətlərin olduğunu vurğulayan və bütün istiqamətlərdə əməkdaşlığı getdikcə daha da genişləndiyini deyən T.Zeynalov Tovuzun iqtisadi, turizm imkanları barədə də məlumatlar verib.
Səfir Choi Suk-in ölkəsi ilə Azərbaycan arasında müxtəlif sahələrdə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb və iki ölkə arasında əlaqələrin yüksək templə inkişaf etdiyini bildirdi.
Tovuz rayonuna səfər etməkdən məmnunluğunu ifadə edən koreyalı səfir bu bölgənin çox gözəl təbiətə və iqtisadi və turizm cəhətdən böyük potensiala malik olduğunu, ortaq layihələrin həyata keçirilməsində hər iki tərəfin maraqlı olduqlarını deyib.
Rayonun təhsildə fərqlənən, fəal gəncləri ilə görüşməkdən məmun olduğunu deyən səfir onlara gəlcək təhsil və fəalliyyətlərində uğurlar arzulayıb. İqtisadi, kənd təsərrüfatı və turizm imkanları baxımından böyük potensiala malik olan Tovuz rayonunda koreyalı iş adamları, sərmayədarlarının ortaq layihələr həyata keçirəcəklərinə, Koreya ilə müxtəlif sahələrdə ortaq layihələrin həyata keçiriləcəyinə inandığını deyən Q.Paşayeva bu ortaq layihələrin bölgənin iqtisadi inkişafına öz müsbət təsirini göstərməklə yanaşı, Azərbaycan ilə Koreya arasında ikitərəfli əlaqələrin, ə məkdaşlığın daha da inkişafına öz töhfəsini verəcəyini deyib.
Millət vəkili və SECURO şirkətinin rəhbərinə Tovuzun fəal gənclərinə, özəlliklə hərbi məktəblərə üz tutan gənclərinə son model kompüterlər hədiyyə gətirmədinə görə təşəkkür edib və gəncləri bu imkandan öz inkişafları üzün doğru istifadə etməyə çağırıb və onlara uğurlar diləyib.
Görüşün sonunda hərbi məktəblərə sınaq imtahanlarında uğurlu nəticələr göstərmiş 30 gəncə Koreyanın ölkəmizdəki səfiri və SECURO şirkətinin rəhbəri tərəfindən kompüter hədiyyə edilib və onlara uğurlar diləyiblər.
Hədiyyəyə görə Koreyalı səfirə gənclərin adından təşəkkürünü bildirən icra hakimiyyəti başçısı T.Zeynalov və Q.Paşayeva ölkəmizə və ordumuza savadlı hərbçilərin gərəkli olduğunu, ona görə də bunun hərbi məktəblərə daxil olmağa çalışan gənclər üçün çox dəyərli hədiyyə olduğunu deyib.
Eyni zamanda rayonun ən yaxşı hərbi müəllimlərindən birinə də kompüter hədiyyə edilib.