Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, mayın 19-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində hava əsasən yağmursuz olacaq.
Abşeron yarımadasında temperaturun gecə 16-20 dərəcə isti, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Aran rayonlarında mayın 19-da hava əsasən yağmursuz olacaq.
Lakin səhər və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 15-20 dərəcə isti, gündüz 32-37 dərəcə isti olacaq.