Amerika Birləşmiş Ştatlarının birinci xanımı Mişel Obama ABŞ-da məktəb yeməklərinin keyfiyyətli olması üçün kampaniya başladıb.
Bu kampaniya sonradan maraqlı araşdırma ortaya çıxardı. Belə ki, araşdırmacılar müxtəlif ölkələrdə məktəblilər nə yediyini araşdırıb.Və ortaya maraqlı menyular çıxıb.
“Axar.az” müxtəlif ölkə məktəblərində şagirdlərin nahar yeməklərinin menyusunu təqdim edir.
* * *
Fransanın paytaxtı Parisdə məktəb uşaqlarına nahar yeməyinə durna balığı qızarması, təzə paxla və göbələk verilir. Fransanın Lambersart şəhərinin məktəbliləri isə daha kalorili nahar edir. Lambersart məktəblilərinin menyusuna plov, somon balığı, göyərtilər, kök, salat, portağal və çörək daxildir.
* * *
Argentinanın paytaxtı Buenos- Ayres məktəbliləri isə qızardılmış kartof, ət və çörəklə nahar edirlər. Menyuya dəyişiklik edildiyi zaman isə şagirdlərə toyuqlu plov da verilir.
* * *
İspaniyanın Barselona şəhərində isə məktəb şagirdlərinə tərəvəz şorbası, portağal və ya banan, salat və qızardılmış çörək verilir. İspaniyanın paytaxt şəhəri Madriddə isə omlet şagirdlərin sevimli naharıdı. Həmçinin, onlar tərəvəz şorbası, banan və qatıq da yeyir.
* * *
İngiltərənin paytaxtı Londonda isə məktəblilərə iki menyu təqdim edilir. Seçim şagirdlərindir. Menyunun birində plov, brokoli və kremli keks daxildir. Digərində isə makaron, brokoli, meyvə suyu və çörək.
* * *
Sosialist respublikası olan Kubanın paytaxtı Havanada isə məktəblilərin menyusunda düyü var. Həmçinin, toyuq qızartması, taro kökü, sarı noxud şorbası, qızarmış banan və portağal şirəsi.
* * *
Bir qədər kasıb ölkə hesab olunan Ekvador da isə məktəb bufetləri məktəblilərə hazır sendviçlər və meyvəşirəsi verir. Bundan başqa, hər şagirdə bir ədəd alma da paylanılır.
* * *
Sinqapur şagirdlərinin sağlam bəslənməsi üçün məktəblilərə mütəxəssislərin hazırladığı xüsusi salatlar verilir. Salatlardan əlavə məktəblilərə pay olaraq evçörəyi, qəlyənaltı və meyvə verilir.
* * *
İndoneziya məktəbliləri naharlarını plov, küftə şorbası, soya pendiri və tərəvəzlə edirlər. Həmçinin, uşaqlara küçədə satılan peçenyelerdən də almağa izn verilir.
* * *
Hindistanın Jammu şəhərində uşaqların nahar menyusunda bir növ yemək var. Onlar nahara xüsusilə Hindistanda yetişən çəhrayı rəngli düyüdən hazırlanmış plov yeyirlər.
* * *
Amerikaın bir çox ştatlarında məktəblilər qızarmış pendirli buterbrod, taxıl çörəyi, qarğıdalı salatı, kök, armudla nahar edirlər. İçki əvəzinə isə məktəblilərə süd verilir.
Bir çox məktəblərdə isə menyuya az sodyumlu toyuq, böyük salat, xüsusi məktəblilər üçün hazırlanmış tam taxıllı çörək və süd verilir.
* * *
Pakistanın Raşalpindi şəhərinin məktəblilərinin isə nahar menyusunu seçmə imkanları yoxdur. Onlara məktəbdə ancaq yağda qızardılmış çörəklər verilir. Pakistanın bir çox məktəblərində isə ümumiyyətlə nahar yeməyi verilmir. Məktəblərin bufeti yoxdur hətta. Uşaqlar evdən özləri ilə yemək gətirirlər. Yeməkləri isə tənəffüz zamanı yazı masasında yeyirlər.