Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlər Kabineti dəyişiklik etdi

Nazirlər Kabineti dəyişiklik etdi
Azərbaycanda çalışan diplomatların və ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanları verilməsi qaydası dəyişib.


Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişiklik edib.



İndiyə qədər xarici diplomatik (səfirliklər, ticarət nümayəndəlikləri, hərbi attaşe, iqtisadi əlaqələr üzrə məsləhətçilər aparatı, həmçinin diplomatik və konsul nümayəndəliklərinin tərkib hissəsi olan digər bölmələr), yaxud konsul nümayəndəlikləri, səfir ranqına bərabər sayılan digər beynəlxalq təşkilatlar, həmçinin bu nümayəndəliklərin diplomatik səviyyəli (ranqlı) təşkilatlarının əməkdaşlarının və onların ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “D” seriyalı dövlət qeydiyyat nişanları verilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi diplomatik, konsul kartoçkaları təqdim edilirdi.



Diplomatik və konsul nümayəndəliklərinin, digər beynəlxalq təşkilatların inzibati-texniki və xidmət personalının, onların əməkdaşlarının ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “T" seriyalı dövlət qeydiyyat nişanları vermək üçün isə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xidməti kartoçkalar təqdim olunurdu.



Bundan sonra xarici diplomatik (səfirliklər, ticarət nümayəndəlikləri, hərbi attaşe, iqtisadi əlaqələr üzrə məsləhətçilər aparatı, həmçinin diplomatik və konsul nümayəndəliklərinin tərkib hissəsi olan digər bölmələr), yaxud konsul nümayəndəlikləri, səfir ranqına bərabər sayılan digər beynəlxalq təşkilatlar, həmçinin bu nümayəndəliklərin diplomatik səviyyəli (ranqlı) təşkilatlarının əməkdaşlarının və onların ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “D” seriyalı, diplomatik və konsul nümayəndəliklərinin, digər beynəlxalq təşkilatların inzibati-texniki və xidmət personalının, onların əməkdaşlarının ailə üzvlərinin fərdi nəqliyyat vasitələrinə “T” seriyalı dövlət qeydiyyat nişanları vermək üçün yalnız Azərbaycan XİN tərəfindən verilmiş qeydiyyata alınma haqqında vəsiqələr təqdim ediləcək.


Teqlər:
Bu xəbər cəmi 1270 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR