Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə dünyanın bir çox ölkələrində qeyd olunan Avropa “Muzeylər gecəsi” ilə bağlı Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin qədim tarixi və zəngin mədəniyyətindən bəhs edən eksponatlardan ibarət sərgi açılıb.
“Açıq qapı” günü altında ilk dəfə təşkil edilən sərgidə qonaqlar xalqımıza məxsus qədim dövrlərə aid qadın və kişi geyimləri, müxtəlif silah növləri, misgərlik və dulusçuluq nümunələri, kiçik həcmli xalçalar, heybələr, xurcunlar, bəzək əşyaları və digər eksponatlarla tanış olublar.
Qonaqlara Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş kitablar, broşürlar və digər əyani vəsaitlər paylanıb.