Sərəncamda deyilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılması qərar alınır.
Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası sahəsində bütün bölgələrdə olduğu kimi, Mingəçevir şəhərində də mühüm infrastruktur layihələri yerinə yetirilmiş, yeni sənaye və emal müəssisələri açılmış, "Kür" Olimpiya Tədris İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı yenidən qurulmuş, Gənclər evi inşa edilmiş, yeni parklar salınmış, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri