Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Səfir bizə dərs keçə bilməz” - Novruz Məmmədov

“Səfir bizə dərs keçə bilməz” - Novruz Məmmədov


Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov SƏS TV-nin suallarını cavablandırıb. Həmin müsahibəni sizə təqdim edirik:



- Novruz müəllim, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq radiosuna” müsahibə verib və həmin müsahibədə Azərbaycan hakimiyyətinin ünvanına qərəzli fikirlər səsləndirilib. Bu məsələləri necə xarakterizə edərdiniz?



- Çox təəssüflə qeyd etmək istəyirəm ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq radiosuna” verdiyi müsahibə Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir. Əslində bu, hamı üçün aydındır. ABŞ və yaxud başqa bir dövlətin səfirinin başqa bir ölkənin (Azərbaycanın və s.) daxili işlərinə qarışmaq hüququ yoxdur. Azərbaycan üçün belə bir mövqe qəbuledilməzdir. Eyni zamanda ölkənin daxili işlərinə müdaxilə səfirlərin beynəlxalq aləmdə qəbul edilmiş missiyasına uyğun deyil. Səfirin bu addımı diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının maddələrinin kobud şəkildə pozulması deməkdir.





- Səfirinin Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması ilə bağlı söylədikləri fikirləri necə şərh edərdiniz?



- Hamı çox yaxşı bilir ki, Ukraynada meydan hadisələrini yaradan məhz ABŞ-ın özüdür. Ukraynada bu məsələyə Maydan deyilir. Dünya mətbuatı bu məsələlər barədə ətraflı yazılar dərc edib. Sadəcə olaraq qeyd etmək istəyirəm ki, 2013-cü ildə Azərbaycanda da müxalifətçi gənclərin istifadə etmək istədikləri "Molotov kokteyli"ləri ABŞ-ın dəstəyi ilə hazırlanıb. Bununla bağlı faktlar belə mövcudur. Azərbaycanda "Maydan hərəkatı"nın reallaşması üçün dəfələrlə cəhdlərin edilməsinə baxmayaraq, həmin cəhdlərin hər biri uğursuzluqla nəticələnib. Çünki Azərbaycan o ölkələrdən deyil. Ölkəmizdəki daxili və xarici siyasət, vəziyyət tamam başqadır. Mənim bu müsahibəm səfirin söylədiklərinə bir cavabdır. Səfir müsahibə verib və mən də bir rəsmi dövlət nümayəndəsi kimi ona cavab verirəm. Amma düşünürəm ki, Azərbaycanda başqa dövlət orqanlarının rəsmiləri də bu müsahibəyə mövqe bildirə bilərlər.





- Müsahibədə səfir həmçinin Azərbaycanın Rusiya və İranla münasibətlərinə toxunub. Bu məsələ haqda nə deyə bilərsiniz?



- Çox təəssüf ki, ABŞ səfirinin bu müsahibədə qonşu ölkələrlə bağlı söylədiyi fikirlərdə Azərbaycanın bu qonşu ölkələrlə dostluq və əməkdaşlıq münasibətlərinə kölgə salmaq niyyəti və yaxud cəhdi müşahidə olunur. Təbii ki, bu da qəbuledilməzdir. O, Azərbaycanın Rusiya və İranla münasibətlərinə kölgə salmağa çalışır. Bu da ilk dəfə deyil. Əslində ABŞ tərəfindən belə cəhdlər dəfələrlə olub. Ümumiyyətlə, Qərbdə belə bir cəhdlər çox tez-tez müşahidə olunur. Əgər biz bu gün Bakıdan Tehrana yol çəkmək istəsək, onlar mütləq yazacaqlar ki, Azərbaycan Tehrana bir yol çəkir və həmin bu yol da Türkiyə və Rusiyadan yan keçir. Hesab edirəm ki, biz bu halları qəbul edə bilmərik. Bizim qonşu ölkələrlə münasibətlərimiz sözün həqiqi mənasında yüksək səviyyədədir. ABŞ-dan fərqli olaraq bu ölkələr Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinə yüksək qiymət verirlər və onu dəyərləndirirlər.





- Ümumiyyətlə, Azərbaycana qarşı bu qərəzlilik nədən qaynaqlanır?



- Azərbaycan müstəqil xarici siyasət kursu həyata keçirir. Azərbaycan bu müstəqillik illərində 20 ildən artıq bir müddətdə bütün imkanlarını öz xalqının, ölkəsinin inkişafına yönəldib. Bu nöqteyi-nəzərdən bu gün Azərbaycan həm daxili siyasətində, həm də xarici siyasətində güclü bir dövlətə çevrilib və regionun lideridir. Bu gün bu regionda və ondan daha geniş hüdudlarda baş verən hadisələrin hamısı ölkəmizin çox fəal iştirakı və təşəbbüsü ilə olur. Görünür ki, Azərbaycanın belə güclü nüfuza, mövqeyə malik olması və belə bir müstəqil xarici siyasət kursu həyata keçirməsi artıq kimlərinsə xoşuna gəlmir. Bu gün biz Ermənistanla münaqişə vəziyyətində yaşayırıq. Bu münaqişənin həllində Ermənistan artıq Aərbaycanın qarşısında duruş gətirə bilməyəcək. Dünya artıq elə bir səviyyəyə gəlib çatıb ki, ölkələr bir-biri ilə çox sıx əlaqədədirlər. Amma bu o demək deyil ki, bu dövlətlər həmişə kimlərdənsə asılı olmalıdır. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlıq etməyə hazırdır və bunu da 22 il ərzində edib və nümayiş etdirib. Amma baxın, görün dünyada nələr baş verir və hansı hadisələr cərəyan edir? Məgər bunların hamısı ilə bağlı müşahidə, təhlil aparıb nəticə çıxarmaq olmazmı? Təbii ki, olar. Bu gün dünyanın 10-dan çox ölkəsində güclü qarşıdurmalar, münaqişələr və müharibələr gedir. Hələ indiyədək bunların heç birində normal nəticələr əldə edilməyib. Bəs bu nə deməkdir? Asiyada, Afrikada da bəzi hallarda isə böyük dövlətlər nə istəyirlər onu da edirlər. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gələndə onlar deyirlər ki, öz probleminizi özünüz həll edin və biz sizinlə razılaşacağıq. Məhz bu nöqteyi-nəzərdən Azərbaycana olan münasibəti digər tərəfdən heç başa düşə bilmirik. Axı nə üçün Azərbaycana qarşı bu dərəcədə ikilistandart üzərində qurulan anti-Azərbaycan mövqeyində olan prosesləri görməliyik. Təbii ki, bu, bizim tərəfdən heç cür qəbul edilə bilməz.





- ABŞ səfirinin müsahibəsinin tonunun sərt olması nə ilə bağlıdır?



- Biz müsahibənin tonunu heç cür qəbul etmirik və etmərik də. Hansı səfir olursa-olsun o, Azərbaycanda öz səfirliyini etməlidir. Səfir öz fikrini deyə bilər, amma bizə dərs keçə bilməz. Səfir bizim üçün mentorluq edə bilməz. O, gəlib Azərbaycandakı prosesləri təhlil edib "bu işi belə görün" deyə bilməz. Əslində heç buna ehtiyac da yoxdur. İkincisi isə səfir hər vaxt düz də deyə bilməz. Bu mənada səfirinin bu cür tonunu biz qəbul etmirik. Azərbaycan bütün dövlətlərlə, o cümlədən ABŞ-la da bərabərhüquqlu, qarşılıqlı sürətdə hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətləri qəbul edir.





- Onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səsləndirdiyi fikirlər haqqında nə deyə bilərsiniz?



- ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ 20 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik edir. Gəlin soruşaq, bu günə kimi ABŞ münaqişənin həlli ilə bağlı hansı uğurlu addım atıb. Mən bu prosesləri yaxından izləyən bir məmur kimi deyə bilərəm ki, indiyədək heç bir addım atılmayıb. Bir dəfə də olsun nə ABŞ səfirinin özü, nə də amerikalı məmur bu münaqişənin beynəlxalq hüquq çərçivəsində və ədalətli həll olunması fikrini deməyib. Amma ABŞ prezidenti Barak Obama bu ilin mart ayında başqa bir məsələ ilə əlaqədar çıxışlarının birində 30 dəfə "beynəlxalq hüququ pozmaq olmaz və beynəlxalq hüquqa riayət etmək lazımdır" kimi fikirlər ifadə edib. Baxın biz bunu başa düşə bilmirik. Digər tərəfdən Ermənistan işğalçı bir dövlətdir. Amma bu gün Ermənistanı dəstəkləyən ən birinci dövlət elə məhz ABŞ-ın özüdür. Hər il ABŞ Dağlıq Qarabağa yardım edir və vəsait ayırır. Axı necə ola bilər hər il ABŞ separatçı quruma yardım ayırır. Hətta məndə olan məlumata görə, bu illər ərzində həmin yardım 2 milyard dollardan çox olub. 2009-cu ildə ABŞ-ın təşəbbüsü ilə İsveçrə Ermənistan-Türkiyə arasında gizli danışıqlar apardı. Nəticədə isə gördükləri iş bu oldu. İlk dəfə onlar 6 dövlətin Xarici İşlər Nazirini münaqişənin həllini ilə bağlı bir yerə topladı. Bəs bu addım nə idi? Birincisi bu, tam Ermənistana yardım göstərməyə və guya ki, işğalçı ölkəni Rusiyanın təsiri altından çıxararaq, Türkiyə vasitəsilə Qərbin təsiri altına salmağa hesablanmışdı. Bu, digər tərəfdən, Azərbaycanla Türkiyə arasına münaqişə salmaq demək idi. Onlar hər halda fikirləşirdilər ki, Türkiyə bunu qəbul edə bilər və yaxud edə bilməz. Çox böyük ehtimalla isə fikirləşirdilər ki, Türkiyə bunu etməyəcək. Ötən il isə yenidən gizli danışıqların aparılması üçün belə bir cəhd irəli sürüldü. Onlar o qədər qərəzli mövqe ortaya qoyular ki, təbii ki, bunların heç biri həyata keçə bilməz. Çox təəssüflər olsun ki, bununla bağlı ABŞ-ın və Azərbaycanda olan səfirlərinin əksəriyyətinin mövqeyi bu cür olub.



Hətta ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin fikirləri ilə Riçard Morninqstarın fikirləri üst-üsrtə düşür. Bunu anlamaq o qədər də çətin deyil. Son vaxtlar Ceyms Uorlik öz “twitter” səhifəsində elə şeylər yazırdı ki, onun sonrakı fikirlərinə heç cür uyğun gələ bilmirdi. O, qeyd edirdi ki, Ermənistan-Azərbaycan öz aralarında Dağlıq Qarabağ məsələsini həll etməlidir. Onlar elə zənn edirdi ki, bəlkə bu fikirlə ictimaiyyətin xoşuna gələ bilər. Təbii ki, bu heç də onların fikirləşdiyi kimi deyil. Bu gün Ermənistana işğalçı dövlət kimi təzyiq göstərilməlidir. Ermənistan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu 22 ildir ki, işal altında saxlayır. Bununla bağlı bir dəfə də olsun ABŞ-da söz deyilməyib.





- Həmin müsahibədə İnsan haqları və demokratiya ilə bağlı məsələlərə də toxunuldu. Guya ki, Azərbaycanda bunların heç biri qorunmur.



- Demokratiya və İnsan haqları Azərbaycan üçün çox yüksək dəyərdir. Bu gün ABŞ-ın özü işğalçı dövləti dəstəkləyir və separatçı quruma yardım edir. Azərbaycanın bu işğal nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünü var. Bu gün onlar bütün hüquqlarından məhrum olublar. Bəzən görürsən ki, onlar deyir mən atamın dəfn olunduğu qəbirstanlıqda dəfn olunmaq istəyirəm, oxuduğu məktəbdə və atamın doğulduğu kənddə olmaq istəyirəm. Bununla bağlı ABŞ bir dəfə də olsun heç bir bəyanat verməyib ki, bəs bu qaçqınların da hüquqları var. Amma küçədə birinin bir balaca hüququ pozulan kimi bunu şişirdərək demokratiya və insan haqları məsələsi ilə əlaqələndirirlər. Biz bunu qəbul etmirik. Azərbaycan öz daxili və xarici siyasi kursunda prinsipialdır.





- Son olaraq səfir müsahibəsində korrupsiya məsələsini də qabardıb. Bu məsələni necə şərh edərdiniz?



- Ümumiyyətlə, bu gün dünyada korrupsiyaya ilə bağlı olan vəziyyət hamıya məlumdur. ABŞ başda olmaqla heç bir ölkə ideal deyil. Korrupsiya halları dünyanın hər yerində var, o cümlədən ABŞ-ın özündə də. Azərbaycanda korrupsiyanın bünövrəsini eks-spiker Rəsul Quliyev qoyub. Bu gün həmin R.Quliyev yığdığı milyonlar hesabına 20 ildən artıqdır ki, ABŞ-da yaşayır və həmin ölkə tərəfindən himayə olunur. Eyni zamanda, Amerikanın özündə ayda bir dəfə bu və ya digər senator, konqresmen korrupsiya əməllərində ittiham olunur. Niyə səfir öz müsahibəsində bunlardan danışmır, ona öz münasibətini bildirmir? Niyə beynəlxalq QHT-lər, xüsusilə də Azərbaycanı hər addımbaşı tənqid edən, ona böhtanlar yağdıran xarici təşkilatlar bu barədə öz rəylərini bildirmirlər?


Teqlər:
Bu xəbər cəmi 905 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR