2014-cü il aprel ayının 1-nə ölkədə əhalinin təbii artımı 23 min 423 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu ilin birinci rübü ərzində Azərbaycanda 38 min 211 uşaq doğulub, 14 min 788 nəfər isə dünyasını dəyişib. Azərbaycanda əhalinin hər 1000 nəfərinə təbii artım 10,1 nəfər olub. Doğulanların səviyyəsi hər 1000 nəfərə görə 16,5 nəfər, ölənlərin səviyyəsi 6,4 nəfər təşkil edib.
Qeyd edilən müddətdə 17 min 367 nikah bağlanılıb, 2 min 739 boşanma baş verib. Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,5, boşanmaların sayı 1,2 olub. Bu ilin ilk rübü ərzində paytaxt Bakı şəhərinin əhalisi 2 milyon 186,5 min nəfər olub. Bakıda əhalinin təbii artımı 4 min 480 nəfər olub. Bu ilin yanvar-mart ayları ərzində paytaxtda 7 min 719 uşaq doğulub, 3 min 239 nəfər isə dünyasını dəyişib.
Bu müddətdə Bakıda 3 min 949 nikah bağlanılıb, 947 boşanma baş verib.