Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Parlament nümayəndə heyəti Xorvatiyaya səfər edəcək

Parlament nümayəndə heyəti Xorvatiyaya səfər edəcək


Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 18-də Xorvatiya Respublikasına rəsmi səfər edəcək.Bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.



Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Qüdrət Həsənquliyev, Çingiz Əsədullayev, Sahibə Qafarova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər: "Səfər çərçivəsində nümayəndə heyəti ölkə parlamentində olacaq, Xorvatiya qanunvericilik orqanının fəaliyyəti ilə yaxından maraqlanacaq. Milli Məclis Sədrinin Xorvatiya parlamentinin Spikeri Josip Leko ilə görüşündə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə danışıqlar aparılacaq".



O həmçinin bildirib ki, səfər müddətində spiker Oqtay Əsədovun ölkə Prezidenti İvo Josipoviçlə, Xorvatiyanın baş naziri Zoran Milanoviçlə, Baş nazirin birinci müavini, xarici və avropa işləri naziri xanım Vesna Pusiçlə və digər rəsmi şəxslərlə bir sıra görüşləri də nəzərdə tutulub: "Bu tədbirlərdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi barədə müzakirələr aparılacaq. Deputatlarımız Zaqreb şəhərində Xorvatiya Milli Arxivi ilə tanış olacaq, sonra Dubrovnik şəhərinə gələrək burada bir sıra mədəni proqramlarda iştirak edəcəklər".



Qeyd edək ki, parlament nümayəndə heyətinin Xorvatiyaya səfəri mayın 20-də başa çatacaq.


Teqlər:
Bu xəbər cəmi 1180 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR