4 bal gücündə olan ilk təkanlar mayın 16-da, yerli vaxtla 12:25-də, Şikotan adasından 74 km cənubi-qərbdə, 70 km dərinlikdə qeydə alınıb.
Yeddi saat sonra İturup adasından 190 km şimali-şərqdə, 170 km dərinlikdə 3,7 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb. Yerli vaxtla saat 22:26-da isə 4,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Paramuşir adasından 130 km şimali-şərqdə, 70 km dərinlikdə yerləşib.
Zəlzələ Severo-Kurilsk şəhərində hiss olunub. Dağıntı və tələfat qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib./APA