Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan və Qazaxıstan neftçi geoloqları arasında müqavilə imzalanıb

Azərbaycan və Qazaxıstan neftçi geoloqları arasında müqavilə imzalanıb
Azərbaycan və Qazaxıstanın neftçi geoloqlar Cəmiyyətləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.


İmzalanma Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə Qazaxıstan neftçi geoloqlar Cəmiyyətinin prezidenti, akademik Baltabek Kuandıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü çərçivəsində baş tutub.



Sənədə əsasən Azərbaycan və Qazaxıstan neftçi geoloqları elmi, geoloji kəşfiyyat işləri, eləcə də kadr mübadiləsi və məsləhətləşmələr həyata keçirəcəklər.



Qonaqları qəbul edən akademik Xoşbəxt Yusifzadə hələ Sovet dövründə Xəzər dənizinin Qazaxıstan sektorunda neft-qaz strukturlarının kəşfiyyatında və Qazaxıstanın enerji sektorunun inkişafında Azərbaycanın neftçi-geoloqlarının mühüm rol oynadığını qeyd edib.



O, qonaqlara Azərbaycanda neft sənayesində son illər həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələr haqqında ətraflı məlumat verərək, bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açıb.



Qazaxıstan neftçi-geoloqlar Cəmiyyətinin prezidenti, akademik Baltabek Kuandıkov Azərbaycanın enerji sektorunda əldə olunmuş uğurları, Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Sovet dönəmində Azərbaycanlı geoloqlarla Xəzərin Qazaxıstan hissəsində birgə fəaliyyət müsbət nəticələr verib.



Daha sonra Baltabek Kuandıkov ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə Qazaxıstan neftçi geoloqlar Cəmiyyətinin fəxri üzvü şəhadətnaməsini və döş nişanını təqdim edib.



Görüşdə habelə Azərbaycan neftçi geoloqlar Cəmiyyətinin sədri, geologiya-mineralogiya elmləri doktoru Akif Nərimanovun Qazaxıstan neftçi geoloqlar Cəmiyyətinin, Baltabek Kuandıkovun isə Azərbaycan neftçi geoloqlar Cəmiyyətinin üzvü seçildiyi bildirilib.



İclasda Azərbaycan neftçi geoloqlar Cəmiyyətinin BP, Total, Statoyl şirkətlərindən olan üzvləri də iştirak ediblər. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılıb.


Teqlər:
Bu xəbər cəmi 1240 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR