Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə AzVision.az-a açıqlamasında Əfv fərmanının gözlənildiyini bildirib.
Deputat qeyd edib ki, Əfv Komissiyası artıq bununla bağlı bir neçə iclasını keçirib.
“Hesab edirəm ki, bu ay ərzində, yəqin ki, 28 Maya qədər əfv fərmanı veriləcək. Gözlənilir ki, cənab prezident humanistlik nümayiş etdirərək əfv fərmanı verəcək.
Əfv fərmanının olub-olmayacağını prezidentdən başqa heç kim dəqiq bilmir, amma gözlənilir ki, bu ay əfv fərmanı imzlanacaq”.
Fərmanın neçə nəfərə şamil olunacağına gəlincə isə Ç.Qənizadə deyib ki, bu barədə də dəqiq məlumat yoxdur:
“Adətən son variant hazırlanır və cənab prezidentə təqdim olunur. Yüzlərlə müraciət var və onların hamısına bir-bir fərdi qaydada baxılır. Ona görə demək olmaz ki, 50 adam olacaq, yoxsa 100 adam. Amma hər halda gözlənilir ki, prezident əfv fərmanı imzlayacaq. Biz də onu həmişə odluğu kimi alqışlayacağıq”