Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Beynəlxalq Muzeylər Günü münasibətilə bayram tədbiri keçirilib

Beynəlxalq Muzeylər Günü münasibətilə bayram tədbiri keçirilib


Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Bakı şəhərinin və yaxın rayonların muzey, qoruq və digər əlaqəli təşkilatlarının nümayəndələrinin iştirakı ilə təntənəli bayram tədbiri keçirilib.18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil edilmiş tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva muzey işçilərini bayram münasibətilə təbrik edib. Bildirilib ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə keçirilən Beynəlxalq Muzeylər Gününün məqsədi ictimaiyyətin diqqətini muzeylərin vəziyyətinə, burada nümayiş etdirilən eksponat və tarixi nümunələrə cəlb etməkdir. Bu bayram xalqlar arasında mədəni mübadilələrə, muzeylər arasında əməkdaşlığın inkişafına xidmət edir.



Ölkədə ilk muzeyin 1919-cu ilə yaradıldığı qeyd edilərək bildirilib ki, respublikamızda muzey işi özünəməxsus inkişaf yolu keçib.



Nazir müavini ümummilli lider Heydər Əliyevin muzey işinə göstərdiyi diqqət və qayğıdan danışaraq diqqətə çatdırıb ki, məhz Ulu Öndərin təşəbbüsü ilə ölkədə, o cümlədən Bakıda bir çox yeni muzeylər açılıb. Bunların arasında təkcə tarix-diyarşünaslıq deyil, eyni zamanda, memorial və ev-muzeylərini də qeyd etmək olar.



Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də muzey sahəsinə böyük diqqət yetirir. Vurğulanıb ki, təkcə son beş ildə dövlətimizin başçısı tərəfindən muzeylərin inkişafı ilə bağlı 15 Sərəncam imzalanıb.



Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muzey sahəsində gördüyü işlər qeyd edilərək bildirilmişdir ki, onun təşəbbüsü ilə Bakı Müasir İncəsənət Muzeyi yaradılıb.



Son bir ildə ölkədə yeni 4 muzey – Xaçmazda xalça, Quba, Füzuli və Saatlıda isə tarix-diyarşünaslıq muzeyləri açılıb. Bununla yanaşı, bir sıra muzeylər təmir və bərpa edilib. Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM-un Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin direktoru Fikrət Abdullayev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxış edərək bayram münasibətilə iştirakçılara təbriklərini çatdırıblar. Bildirilib ki, muzeylər maddi-mədəni irsi təbliğ etməklə yanaşı, maarifləndirici missiyanı da yerinə yetirirlər.



Tədbirdə Azərbaycan muzeylərinin informasiya bülleteninin birinci nömrəsinin təqdimatı da olub.



Həmçinin tədbirdə bp şirkətinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən elan edilmiş “Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” mövzusunda müsabiqənin 12 nəfər iştirakçısına hədiyyələr təqdim edilib. Diqqətə çatdırılıb ki, müsabiqə hələ davam edir və sonda qaliblər müəyyənləşəcək. Eyni zamanda, müsabiqə iştirakçılarının fotolarından ibarət sərgi nümayiş olunub.



Tədbirdə fotoqraflar Rauf Umudova “Qarabağ atları” əsərinə görə İCOM-un Azərbaycan Milli Komitəsi tərəfindən, Səftər İmanova isə səmərəli fəaliyyətinə görə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.



Qeyd edək ki, bayram tədbirində muzey fondlarında qorunub saxlanılan eksponatların köynək və hel şarları üzərində hazırlanmış reproduksiyaları nümayiş olunub, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblı çıxış edib.


Teqlər:
Bu xəbər cəmi 1010 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR