Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOCAR-a 0,6 milyard kubmetr səmt qazı verilib

SOCAR-a 0,6 milyard kubmetr səmt qazı verilib
Birinci rüb ərzində Dövlət Neft Şirkətinə gündə təxminən 6,2 milyon kubmetr (218 800 milyon standart kubfut), ümumilikdə isə 0,6 milyard kubmetr (19,7 milyard kubfut) Azəri-Çıraq-Günəşli yataqlarından səmt qazı verilib.


Bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında qeyd olunub.



“AÇG yatağının operatoru olaraq BP birinci rüb ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün “Azəriqaz” dövlət qaz şəbəkəsinə göndərməkdə davam edib.



Azəridəki üç platformadan – Mərkəzi, Qərbi və Şərqi Azəri – səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına (KSVP) göndərilib və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub, qalan hissəsi isə elə həmin 28 düym ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün Azəriqaz şəbəkəsinə təhvil verilib. Hazırda Mərkəzi Azəridə altı quyudan laya qaz vurma əməliyyatları davam edir.



Qərbi Çıraqdan hasil edilən səmt qazının bir qismi Səngəçal terminalına göndərilib. Qərbi Çıraq qazının tam həcmdə terminala göndərilməsini təmin etmək üçün qaz kondensasiya və kompressiya sistemlərinin sınaqdan keçirilərək istismara təhvili istiqamətində işlər davam edir.



Çıraq platformasında hasil edilmiş səmt qazının müəyyən hissəsi isə mövcud 16 düym ölçülü sualtı qaz boru kəməri vasitəsilə SOCAR-ın “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilib.



Qazın məşəldə yandırılmasını azaltmaq məqsədilə BP rüb ərzində buxarlanan qazlar kompressoru və boru kəməri üçün nəzərdə tutduğu təkmilləşdirmə işlərinin əksər hissəsini başa çatdırıb. Bu iş ikinci rüb ərzində də davam etdiriləcək”,-məlumatda qeyd olunub.


Teqlər:
Bu xəbər cəmi 1265 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR