Verilmiş kreditlərin 77,8 faizi uzunmüddətli xarakter daşıyıb, 5,4 faizinin ödəmə vaxtı keçib.
Bildirək ki, aprel ayında 1 ABŞ dolları 0,78 manata, 1 avro 1,05 manata, 100 Rusiya rublu 2,20 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,78, 1,07 və 2,24 manata bərabər olub.
Həmçinin statistikaya əsasən əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 20,2 faiz artaraq aprelin 1-nə 6,7 milyard manata çatıb.
Milli valyuta ilə vəsait qoyuluşu 4,1 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2,6 milyard manat olub.