2014-cü ilin aprelində Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz bahalaşıb, 2013-cü ilin yanvar-aprel aylarına nisbətən isə inflyasiya 1,9 faiz təşkil edib. Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Apreldə ərzaq məhsullarının qiymətləri 0,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz artıb, xidmət tarifləri isə 0,1 faiz bahalaşıb.
2013-cü ilin yanvar-aprel aylarına nisbətən cari ilin 4 ayı ərzində ərzaq mallarının qiyməti 1,9 faiz artıb, qeyri-ərzaq malları 3,6 faiz, xidmətlər sahəsində tariflər isə 0,3 faiz bahalaşıb.
Apreldə mal və xidmətlərin çıxılması ilə hesablanan mövsümi dəyişikliklərə uğrayan (meyvə və tərəvəz) istehlak qiymətlərinin bazis indeksi və dövlətin tənzimlədiyi qiymətlər ötən ayla müqayisədə 0,1 faiz, 2013-cu ilin yanvar-aprel ayları ilə müqayisədə isə 1,6 faiz artıb.