Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan ailəsi ingilis jurnalında

Azərbaycan ailəsi ingilis jurnalında


Beynəlxalq Ailə Gününün qeyd olunmasının 20 illiyi ilə əlaqədar olaraq, Böyük Britaniyada "Family Futures" jurnalında "Azərbaycan ailə modeli" haqqında geniş məqalə dərc olunub.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məqalədə Azərbaycan adət-ənənələri və mədəniyyətindən bəhs olunur: "Hər bir millətin özünəməxsus ailə modeli formalaşıb. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Azərbaycan ailələri uzunömürlüyü və möhkəmliyi ilə seçilir".



Həmçinin məqalədə Azərbaycanın çoxmillətli ölkə olduğu və burada insanların sülh və əmin-amanlıqda yaşaması qeyd olunur: "Burada yaşayan azsaylı xalqlar, milli etnik qruplar və milli azlıqlar yerli Azərbaycan xalqı ilə sıx münasibətdədirlər. Onların ailə dəyərlərinə hörmətlə yanaşılır və bu dəyərlər geniş şəkildə tətbiq olunur. Öz ailə mədəniyyətlərini qoruyub saxlamaqla yanaşı, qarışıq nikahlar da qurulur. Xüsusilə, Azərbaycan ailəsində çox əsrlik tarixə malik olan "ağsaqqal" və "ağbirçək" institutunun fəaliyyəti ailə üzvləri, eləcə də ailələr arasında ünsiyyətin formalaşmasında, ailə xüsusiyyətlərinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır".



Yazıda Azərbaycan qadının ailədəki roluna da xüsusi diqqət ayrılır. Qeyd edilir ki, Azərbaycan qadınları istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və Vətənə layiqli, milli-mənəvi dəyərlərə sadiq olan vətəndaşlar yetişdirməyi bacarırlar.



Məqalədə Azərbaycan Respublikasında ailə məsələlərinin dövlət siyasətinin prioritet istiqaməti olduğu bildirilir. Dövlətin güclü və təkmil qanunvericilik bazası mövcuddur. Dərc olunan yazıda Azərbaycanda Ailə Günü ilə bağlı respublikanın şəhər və rayonlarında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gənc nəslin tərbiyəsi, sağlam həyat tərzinin təbliğinə istiqamətləndirilmiş müxtəlif tədbirlərin həyata keçirilməsindən bəhs olunur.

Bundan başqa, uğurla həyata keçirilən layihələrdən biri kimi, "Azərbaycan ailəsi" adlı film festivalı haqqında da qeyd olunur.



Eləcə də Azərbaycan ailələrinin rifahının yaxşılaşdırılması və ailə institutunun möhkəmləndirilməsi sahəsində ölkə Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısından, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın ailə siyasətinin gücləndirilməsindəki rolundan da ətraflı bəhs edilir.


Teqlər:
Bu xəbər cəmi 1020 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR