Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avropa Velosiped İdmanı İttifaqı "Tour d’Azerbaidjan-2014" veloyürüşünü yüksək dəyərləndirib

Avropa Velosiped İdmanı İttifaqı


Avropa Velosiped İdmanı İttifaqı (UEC) bu yaxınlarda keçirilmiş Azərbaycan Turununun ("Tour d'Azerbaidjan-2014") yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu bildirib.

UEC-nin prezidenti Devid Lappartient Bakı şəhərinin gözəlliyindən bəhs edib və əlavə edib ki, yarışın marşrutunun növbəti ilin Bakı 2015 Avropa Oyunlarında da nəzərə alınacağına ümid bəsləyir.



Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) velosipedçilərin vaxt və məsafə ilə ölçülən yarış marşrutunu yekunlaşdırmaq üçün Azərbaycan Nəqliyyat Nazirliyi ilə müfəssəl müzakirələr aparır və marşrutun tezliklə təsdiq ediləcəyinə ümid bəsləyir. Azərbaycan Velosiped İdmanı Federasiyasına ünvanladığı məktubda D.Lappartient UEC-in adından 2014-cü il Azərbaycan Turunun əla təşkil olunmasına görə ürəkdən təbrik edib:



"Mən vurğulamaq istəyirəm ki, "Eurosport" televiziya kanalı tərəfindən yayımlanan təsvirlərdə Bakı şəhərinin gözəlliyi ilə birlikdə onun müasir və modern tərəfləri ön plana çəkilərək diqqətə çatdırılıb və biz ətrafına Qala divarları çəkilmiş şəhəri, Şirvanşahlar Sarayını, onun minillik tarixini əks etdirən möhtəşəm yerləri kəşf edəcəyimizə əmin ola bilərik". D.Lappartient deyib ki, sözügedən marşrut Bakı 2015 Avropa Oyunlarında bir daha istifadə olunacaq ki, bütün iştirakçılar Bakı şəhərini kəşf edə və Azərbaycanda velosiped idmanının inkişafına öz töhfələrini verə bilsinlər. Eyni zamanda, o, BEGOC kollektivinə uğurlar arzulayıb: "Mən çox ümidvaram ki, Bakı 2015 Avropa Oyunları Azərbaycanda müvəffəqiyyətlə keçiriləcək və yüksək uğur qazanacaq".



Qeyd edək ki, "Tour d'Azerbaidjan-2014" beş mərhələdən ibarət olub və 23 ölkənin 25 komandasını təmsil edən 150 idmançını əhatə edib. Azərbaycanın yeddi rayonundan keçən yarış may ayının 11-də Bakı şəhərində başa çatıb və qalib Rusiyanın "RusVelo" komandasının üzvü İlnur Zakarin olub. Avropa Oyunlarında velosiped idmanı növlərinə BMX, dağ velosiped, vaxt və məsafə ilə ölçülən velosiped idmanı yarışları daxildir.



Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Piers O'Kallaqan deyib ki, Azərbaycan Turu ölkənin gözəlliyini və Bakı şəhərinin ən yaxşı cəhətlərini dünyaya nümayiş etdirən effektli və parlaq bir yarış olub: "Biz vaxt və məsafə ilə ölçülən yarış marşrutunu yekunlaşdırmaq üçün Nəqliyyat Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində işləyirik və Devid Lappartientin Azərbaycan Turu ilə bağlı söylədiyi xoş sözləri nəzərə alacağıq".


Teqlər:
Bu xəbər cəmi 1070 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR