Bakıda müvəqqəti dayanacaqlar və parkinqlər əlillər üçün pulsuz olacaq.
Bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev deyib.
H.Abdullayev qeyd edib ki, bu güzəşt yalnız I qrup əlillərə şamil ediləcək:
“Yəni bu, məhz iş qabiliyyətini itirmiş əlillərə şamil olunacaq. Sürücülərin əlil olub-olmadığı nəzarətçilər tərəfindən müşahidə olunacaq. Sürücü I qrup əlildirsə, qeydiyyata alınacaq ki, cərimələnməsin. Eyni zamanda, yaxınlıqda yaşayan əlillər üçün də dayanacaq kartları pulsuz olacaq”.
H.Abdullayev bildirib ki, bu güzəştlərin II və III qrup əlillərə şamil olunması nəzərdə tutulmur:
“Çünki bu kateqoriyaya aid əlillərin iş qabiliyyəti var”.