Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Borc məlumatları SMS vasitəsilə veriləcək

Borc məlumatları SMS vasitəsilə veriləcək


Əmlak Məsələləri Dövlət Komitəsi “Daşınmaz əmlakla bağlı elektron xidmətlər yeni mərhələdə" adlı ictimai təqdimat keçirib.Tədbiri açıq elan edən Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov hazırda istifadədə olan elektron xidmətlərdən bəhs edib.



O bildirib ki, yeni elektron xidmətdən istifadə etməklə vətəndaşlar və əmlak sahibləri internet vasitəsi ilə əldə edəcəklər: "Nəticədə bununla bağlı ərazi qeydiyyat idarələrinə ərizələrin yazılması, idarələrə müraciət etməyə ehtiyac qalmayacaq. Mülkiyyətçi heç bir yerə getmədən rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olacaq. Bu xidmətin istifadəyə verilməsi təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də xüsusilə faydalıdır. Elektron xidmətlər sayəsində mülkiyyət sahiblərinin əvvəllər daşınmaz əmlakla bağlı hüquqi əməliyyatlara sərf etdikləri vaxta böyük qənaət olunacaq, vətəndaş-məmur ünsiyyəti azalacaq, qeydiyyat sahəsində şəffaflıq daha da yüksək səviyyədə təmin ediləcək. Eyni zamanda, yeni xidmətlər daşınmaz əmlak bazarının aktivliyini təmin edəcək, alqı-satqı proseslərini stimullaşdıracaq”.



Sədr müavini qeyd edib ki, komitə 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başlayıb: “Hazırda 20 interaktiv, 2 informativ xidmət vətəndaş və əmlak sahiblərinin istifadədir. İlin sonuna qədər elektron xidmətlərin sayı artırılacaq. İl ərzində istifadəyə veriləcək xidmətlərə icarə haqqı borcları haqda məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi haqda məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və başqa xidmətlər olacaq. İndiyə qədər elektron xidmətlər vasitəsilə 51 600 elektron müraciət daxil olub”.



Qeyd edək ki, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mərkəzi aparatı, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, aidiyyəti dövlət orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.


Teqlər:
Bu xəbər cəmi 1540 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR