Bu gün Biləsuvar şəhərindəki Heydər Əliyev parkında kitab bayramı keçirilib.Tədbirdə 12 təsnifat üzrə 500 nüsxədən çox müxtəlif tematikalı 107 adda kitab nümayiş olunub.
Klassik dünya ədəbiyyatı, ümummilli lider Heydər Əliyevin əsərlərinin 34 cildliyi, Ulu Öndərə və Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunan kitablar, qədim nəşrlər, biləsuvarlı qələm adamlarının kitabları maraqla qarşılanıb.
Kitab bayramında nümayiş etdirilən uşaqların rəsm əsərləri və balacaların əl işləri tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, mərasimə əlavə rəng qatıb.
Tədbirdə Biləsuvar rayonunda mədəni–maarif müəssisələrinin yenidən qurulması istiqamətində reallaşan layihələrdən geniş söhbət açılıb. Bildirilib ki, rayonda mövcud 318 min kitab fondunun 25 faizi latın qrafikalı çap məhsullarıdır.
Qeyd edək ki, kitab bayramı rayon mədəniyyət evinin rəqs qrupları, özfəaliyyət kollektivlərinin ifaları ilə gün ərzində davam edib.