Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıdan Nyu-Yorka ilk qitələrarası aviareysin açılışı olacaq

Bakıdan Nyu-Yorka ilk qitələrarası aviareysin açılışı olacaq


Mayın sonundan “Azərbaycan Hava Yolları” QSC Heydər Əliyev Beynəlxalq Hava Limanından altı yeni reys açmağı planlaşdırır.Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin rəhbəri Cahangir Əsgərov "The Business Year" jurnalına müsahibəsində bildirib.



O söyləyib ki, Nijni Novqorod, Minsk, Krasnoyarsk, Perm, Kazan və Rostov aviareysləri açılacaq: “Həmin şəhərlərdə çoxsaylı etnik azərbaycanlılar yaşayır və regional diasporların liderləri dəfələrlə Azərbaycanın milli aviadaşıyıcısına həmin şəhərlərə müntəzəm reyslərin açılması xahişi ilə müraciət ediblər”.



QSC rəhbəri qeyd edib ki, bundan başqa, Gəncə-Mineralnıye Vodı və Gəncə-Antalya reyslərinin açılması da planlaşdırılır: “Gəncədə dinamik inkişaf edən aeroport fəaliyyət göstərir və milli aviadaşıyıcı hava limanının sərnişin axınının artması üçün mümkün olan hər şeyi etmək niyyətindədir. "Azərbaycan Hava Yolları” yeni - Qəbələ-Naxçıvan daxili aviareysini açmağı da planlaşdırır. Lakin ən əhəmiyyətlisi, şübhəsiz ki, Bakıdan Nyu-Yorka ilk qitələrarası aviareysin açılışı olacaq. Biz yay mövsümünün sonuna ABŞ-a müntəzəm aviareysin icrasına başlamağı planlaşdırırıq, artıq ABŞ Federal Mülki Aviasiya İdarəsinin icazəsi alınıb. İdarənin ekspertləri Azərbaycanın aviasiya uçuşlarının təhlükəsizliyinin beynəlxalq standartlara uyğun gəldiyini qeyd ediblər. Bu, Cənubi Qafqaz regionundan Şimali Amerikaya ilk aviareys olacaq ki, bu da hava sərnişin nəqliyyatı sahəsində regional lider kimi “Azərbaycan Hava Yolları"nın statusunu möhkəmləndirəcək”.



Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı barədə danışan C. Əsgərov qeyd edib ki, terminalın buraxılış qabiliyyəti ildə altı milyon sərnişinədək olacaq: “Terminalın ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Aeroportun yeni terminalı 30 eskalator və 20 sərnişin lifti ilə təchiz olunub”.


Teqlər:
Bu xəbər cəmi 650 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR