Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ailə günü bölgələrdə qeyd edildi

Ailə günü bölgələrdə qeyd edildi


Ailə səadəti ən böyük xoşbəxtlikdir. Kiçik dövləti xatırladan ailənin mohkəmliyini qorumaq isə cütlüklərin hər birindən səbr və dözüm tələb edir. Ailə səadətinin əsasını isə mehribanlıq təşkil edir. 15 may - Beynəlxalq Ailə Günü Zaqatala, Balakən və İsmayıllıda geniş qeyd edilib.



Zaqatalada yaşayan Bayram baba və Gülağa nənə nə az, nə çox, 66 ilin ömür-gün yoldaşıdırlar. "Gümüş" və "qızıl" toylarının ardından indi də "brilliant" toylarına hazırlaşan bu ahıl cütlüyün ətrafına toplaşmışdı hamı. Bu müddətdə həyatın keşməkeşlərinə baxmayaraq, ailəni qoruyub saxlayan bu insanları yad etmək ən gözəl hədiyyə idi onlar üçün. Bəli, bu gün oğul-uşaq, nəvə-nəticə, hamı onların ocağının istisinə yığışmışdı. Onları təbrik edənlər sırasına yaxınlarla yanaşı, rayon rəsmiləri, nüfuzlu şəxslər də qoşulmuşdular. 7 övlad, 20 nəvə və 21 nəticə sahibi olan cütlüyün keçdiyi şərəfli ömür yolu, yeni ailə quran ailələr üçün əsl örnəkdir. 



Zaqatala da Beynəlxalq Ailə Günü geniş qeyd olunub. Bu münasibətilə təşkil edilən bayram şənliyi şux musiqi və rəqslərlə yadda qalıb. Beynəlxalq Ailə Günü Balakəndə də xüsusi qeyd edilib. Bu münasibətlə təşkil edilən dəyirmi masada bu tarixin əhəmiyyətindən bəhs edilib. Azərbaycanlıların ailəyə böyük dəyər verdiyi, ailənin cəmiyyətin təməli olduğu vurğulanıb. Eləcə də, ailələrin sosial müdafiəsi sahəsində görülən işlərdən danışılıb. Tədbir bayram konserti ilə davam etdirilib.



Bayram ab-havası İsmayıllıda da hiss olunub. Bu gün nümunəvi ailələrin iştirakı ilə təşkil edilən tədbirə rəsmilər və qonaqlar da qatılıb. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bayram münasibəti ilə qonaqları təbrik edib. Mərasim çərçivəsində Ağayevlər ailəsinin 65-ci ildönümü təntənəli qeyd edilib. Eyni zamanda üç ailənin nikah mərasimi rəsmiləşdirilib. Onlara hədiyyələr təqdim olunub. Şənlik bununla bitməyib. Müxtəlif viktorinalar keçirilib, qaliblər mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam etdirilib.


Teqlər:
Bu xəbər cəmi 1140 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR