İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı start götürüb.
Yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edir. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayır.
Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçirilir. Güləşçilərimiz ilk olaraq yerli İran güləşçiləri ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma İran komandasının xeyrinə başa çatıb. Qrupun ikinci görüşündə güləşçilərimiz Ermənistan komandası ilə yarışıb. Bütün təmsilçilərimiz rəqiblərini tam üstünlüklə məğlub edib və görüş komandamızın 8:0 hesablı qələbəsi ilə başa çatıb.
I dövrə - Azərbaycan - İran 0-8
59 kq - Taleh Məmmədov - Həmid Sorian 1:1*
66 kq - Azad Əliyev - Omid Noroozi 6:7
71 kq - Rüstəm Əliyev - Səid Abdevali 0:9
75 kq - Elvin Mürsəliyev - Farşad Əlizadə 1:7
80 kq - Emin Əhmədov - Həbibulla Əxlaqi 0:3
85 kq - Şəhriyar Məmmədov - Taleb Nemətpur 1:3
98 kq - Araz Həsənov - Mehdi Əliyari 0:2
130 kq - Valera Rodriqes - Bəşir Babacanzadə 0:2
II dövrə - Azərbaycan - Ermənistan 8-0
59 kq - Orxan Əhmədov - Narek Xaçatryan 8:0
66 kq - Həsən Əliyev - Gevorg Sahakyan 8:0
71 kq - Rəsul Çunayev - Rafael Aleksanyan 8:0
75 kq - Elvin Mürsəliyev - Karapet Çalyan 1*:1
80 kq - Emin Əhmədov - Rafik Manukyan 8:2
85 kq - Şəhriyar Məmmədov - Hrax Hovannisyan 2:0
98 kq - Saman Təhmasibi - Movses Adamyan 6:3
130 kq - Sabah Şəriəti - Vaçik Yeğiazaryan 4:1
III dövrə - azad
IV dövrə - Azərbaycan - Koreya
V dövrə - Azərbaycan - Finlandiya