Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bir gecədə iki qəza: maşınlar dərəyə aşdı, yaralılar var

Bir gecədə iki qəza: maşınlar dərəyə aşdı, yaralılar var


Şəki ərazisində gecə və səhər saatlarında iki yol qəza hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki faktla əlaqədar araşdırmalar aparılır.



İlk zəncirvari qəza gecə saat 02:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda Oğuzun Baş Daşağıl kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı Hümbətzadə Coşqun Fazil oğlu idarə etdiyi 10-SD-471 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Bakı istqamətində hərəkətdə olarkən idarəetməni itirərək öncə Bayramov Elsəvər Məşqur oğlunun idarə etdiyi 90-LL-840 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobilə çırpılıb. Daha sonra "Lexus" "Mercedes"in arxası ilə gələn, Mirzəliyev Əfqan Mənsur oğlunun idarə etdiyi 99-EB-355 dövlət nömrə nişanlı xırda tutumlu "Ford" markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı hər üç avtomobil 5 metr dərinliyindəki dərəyə aşıb. Nəticədə "Mercedes"in sürücüsü və sərnişin Məmmədli Toğrul Rasim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar yoldan keçənlərin köməyi ilə dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.



Qəza nəticəsində "Mercedes" markalı avtomobil tamamilə yararsız hala düşüb. Polisdən verilən məlumata əsasən, ilkin olaraq qəzaya səbəb "Mercedes" markalı avtomobilin yüksək sürətlə hərəkət edərkən idarəetməni itirməsi ehtimal edilir.



Digər qəza səhər saat 07:30 radələrində Şəkinin Çeşməli kəndi ərazisində baş verib. Belə ki, qəza nəticəsində Süleymanov Fariz idarə etdiyi 90-VT-324 dövlət nömrə nişanlı "NİVA" markalı avtomobillə işə gedərkən qəfildən idaəretməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarəndakı ağaca çırpılıb. Hadisə zamanı sürücü yüngül bədən xəsarətləri alıb. Lakin avtomobilə ciddi ziyan dəyib.



Baş vermiş qəzalarla əlqədar Baş DYP-i idarəsinin isitintaq idarəsi və Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Qəzaların dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.


Teqlər:
Bu xəbər cəmi 1335 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR