Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sərhədi pozan 36 nəfər saxlanıldı

Sərhədi pozan 36 nəfər saxlanıldı


Aprel ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 29 halda 36 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, onların 20 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Moldova, 1 nəfəri isə Gürcüstan vətəndaşı olub.



Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 12 halda 25 nəfər, Xəzər dənizində 63 halda 81 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.



Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 219 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 59 kiloqram 827 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Aprelin 6-da "Astara" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Lənkəran rayon sakini Həmidov Zöhrab Rəhmət oğlunun bədənində gizlədərək ölkəmizə gətirmək istədiyi 104 qram tiryək aşkar olunaraq götürülüb. Aprelin 12-də Füzuli rayonunun Əhmədalılar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində bir nəfərin İrandan Azərbaycana 2 kiloqram 800 qram tiryək keçirmək cəhdinin qarşısı alınıb.



Aprelin 15-də Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb. Zastavanın xidməti ərazisində İran İslam Respublikası tərəfindən 3 nəfər naməlum şəxsin şübhəli hərəkətləri müşahidə olunub. Həmin əraziyə baxış keçirilərkən 5 bağlamada 22,9 kiloqram həşiş, 14 kiloqram tiryək, 9,2 kiloqram heroin, 8,7 kiloqram marixuana və 300 millilitrlik metadon məhlulu aşkar edilərək götürülüb.

"Astara" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən aprelin 17-də Şamaxı rayon sakini Fətullayev Elşad Əliqasım oğlunun bədənində gizlətdiyi 191 qram tiryək, aprelin 21-də Bakı şəhər sakini Əzimova Səadət Səməndər qızının bədənində gizlətdiyi 330 qram heroin və Bakı şəhər sakini Həmzəli Tima Azər qızının bədənində gizlətdiyi 260 qram heroin aşkarlanaraq götürülüb.



Aprelin 22-də "Biləsuvar" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən İran İslam Respublikası vətəndaşı Cəfər Əli Pur Cəmşid Cəfərin idarə etdiyi "Peykan" markalı "15B973-10" dövlət qeydiyyat nömrəli avtomobilin yanacaq çənindən 50 min ədəd "Promidol" adlı həb aşkarlanıb.



Bundan əlavə, ay ərzində 52 halda ümumi dəyəri təqribən 981 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik silah, 1 ədəd beşbarmaq, 14 ədəd zinət əşyası, 1 kiloqram gümüş məmulatı, 11 ədəd mobil telefon, 51 ədəd mobil telefon aksesuarı, 1550 qutu siqaret, 10 baş iribuynuzlu mal-qara, 728 ədəd müxtəlif dərman preparatı, ərzaq və sənaye mallarının sərhədlərimizdən keçirilməsinin qarşısı alınıb.


Teqlər:
Bu xəbər cəmi 1375 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR