Bakı Ekspo Mərkəzində baş tutan sərgi avtomobil texnikası və dilerlərini bir araya gətirib.
Sərgidə dünyanın 14 ölkəsindən, o cümlədən Almaniya, Çin, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdən 85 şirkət təqdim olunur. Ümumilikdə sərgi sahəsinin 55 faizini yerli şirkətlər tutur.
Sərgidə minik avtomobilləri və motorlu nəqliyyat növləri, kommersiya nəqliyyatı və avtomobillər üçün ehtiyat hissələri və ləvazimatlar nümayiş olunur.
İştirakçılar sırasında "Toyota", "Lexus", "Suzuki", "Volvo" kimi avtomobil istehsalçıları, həmçinin "Harley Davidson", "Yamaha", "Bike-Lift", "Vespa" kimi məşhur motosiklet dilerləri yer alıb.
"BIMS 2014"ün təqdimat proqramına "Suzuki" (SX4 S CROSS), "Great Wall" və "Volvo" brendləri daxil edilib. Burada həmçinin "Lexus" şirkətinin hibrid modelinin ("Lexus RX Hybrid", "Lexus GS Hybrid") premyerası da keçiriləcək. Bununla da bu yeni model Azərbaycanın avtomobil bazarına daxil olmuş olacaq.