Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kompüterləri sığortalayanların sayı artıb

Kompüterləri sığortalayanların sayı artıb


Azərbaycanda elektron avadanlıqları, xüsusilə də kompüterləri sığortalayanların sayında artımın olduğu müşahidə edilməyə başlayıb.



 Bu cür sığorta əməliyyatları əsasən yeni alınan kompüter avadanlığının ölkəyə gətirilməsi zamanı baş verir. Bahalı kompüterləri xaricdən idxal edən vətəndaşlar onların təhlükəsizliyini və baş verə biləcək ziyanları vaxtında qarşılamaq üçün sığortaya müraciət edirlər.



Üstəlik, bu tip sığorta əməliyyatlarının qiymətinin aşağı olması ona müraciət edənləri həvəsləndirir.



"A-Qroup" sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Əli Bayramov məsələ ilə bağlı "www.fins.az" a açıqlama verərkən bildirib ki, sadə vətəndaşlar əsasən xaricdən kimlərinsə onlara alıb göndərdiyi kompüter texnikasını daha çox sığorta etdirirlər. Onun sözlərinə görə, yükləri sığortalanarkən müştəridən alınan sığorta haqqı yükün dəyərinin cəmi 0,1-0,4%-i qədər olur. Yəni 1000 dollar dəyəri olan kompüteri sığorta etdirmək üçün cəmi 1-4 dollar pul vermək lazımdır. Məbləğin az olması yük sığortası üzrə riskin böyük olmaması ilə bağlıdır:



"Məsələn, indiyə qədər "A-Qroup"un sığortaladığı yüklər arasında başına iş gələn olmayıb. Başqa sözlə, şirkət yük sığortasına görə ödəniş həyata keçirməyib".


Teqlər:
Bu xəbər cəmi 1740 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR