May ayının 23-də Masallı rayonundakı H.Əliyev adına Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Masallı Rayon İcra Hakimiyyəti, Masallı rayon Mədəniyyət və Turizm Şöbəsi birgə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında rejissor Zamin Məmmədov tərəfindən çəkilmiş “Qəhrəman polis” sənədli filminin təqdimatını keçirəcək. SİA-nın məlumatına görə, Masallıda doğulub boya başa çatmış, Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədova həsr olunmuş filmin təqdimatında qəhrəmanın yaxınları və doğmaları, rayon rəhbərliyi və ictimaiyyəti iştirak edəcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun İş Planına əsasən, yeni Azərbaycan filmlərinin nümayişi qrafikinə uyğun olaraq keçiriləcək tədbirin təşkili məqsədi ilə Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə Masallı rayonuna ezam olunacaq.