Xüsusən də Nəsimi, Nərimanov, Nizami, Yasamal rayonlarında bu daha çox nəzərə çarpır.
Bu barədə “Böyük Bakının regional İnkişaf Planı”nın ictimai dinləmələrində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Abbas Ələsgərov bildirib.
O qeyd edib ki, buna görə də gələcəkdə mərkəzdə yaşayış binalarının tikintisini azaltmaq tövsiyə olunur.
“Prezident İlham Əliyevin tövsiyəsi ilə şəhərin bu hissəsində yaşayış yerlərinin tikintisini məhdudlaşdırmaq, abadlaşdırma işlərini, xüsusilə də yaşıllaşdırmanı artırmaq və şəhərin zəruri infrastrukturunu inkişaf etdirmək nəzərdə tutulub.
Bizim layihəmizdə bütün bunlar nəzərə alınıb və ümid edirəm ki, Bakı şəhərinin və rayonlarının İcra hakimiyyətləri şəhərin tikinti işlərinin davam etdirilməsi zamanı şəhərsalma reqlamentinə əməl edəcəklər”, - deyə, o əlavə edib.