Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Park Cinema “Qodzilla 3D” filmini ən realistik formatda təqdim edib

Park Cinema “Qodzilla 3D” filmini ən realistik formatda təqdim edib
Warner Bros və Legendary Pictures studiyasının birgə çəkdikləri əfsanəvi yapon bədheybəti – “Qodzilla” haqqında yeni, 3 D formatlı bədii filminin dünya premyerasından 2 gün əvvəl Metropark-dakı Park Cinema kinoteatrında KİV nümayəndələri, kinosevərlər və Park Cinema kinoteatrlar şəbəkəsinin daimi müştəriləri üçün qapalı nümayişi keçirilib.


Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevin verdiyi məlumata görə, mayın 15-dən etibarən dünyanın bir sıra ölkələri ilə yanaşı Azərbaycanda da prokata çıxacaq film Park Cinema kinoteatrlar şəbəkəsinin zallarında Azərbaycanda ilk dəfə olaraq iki dildə - rus və türk dillərində tamaşaçıların diqqətinə təqdim olunacaq.



Onilliklər boyu insanları vahiməyə salan onlarla mifik bədheybət və qorxunc varlıq olub. Lakin nəhəng Qodzilla onların arasında ən dəhşətlisidir, çünki bu varlıq bütün insanlığı Yer üzündən silmək iqtidarındadır.



Namiq Quliyevin sözlərinə görə, film insanların təbiətə dağıdıcı təsirinin nəticəsi olaraq meydana çıxan Qodzillaya qarşı insanların birləşərək mübarizə aparmasından, onların şücaət və hünərindən bəhs etsə də, bu kino əsəri eyni zamanda tamaşaçıları düşünməyə vadar edir.



“Qodzillanın mənfi qəhrəman kimi təqdim edildiyi bu filmin süjet xətti insanla təbiətin mübarizəsindən bəhs edir. Lakin bu qarşıdurmadan insanların qalib çıxması mümkünsüzdür, çünki təbiət daim insan üzərində zəfər qazanacaq. Gənc rejissor-fantast Qaret Edvardsın kinosevərlərə çatdırmaq istədiyi başlıca fikir də elə budur ki, Qodzilla insanların təbiətə qarşı etinasız münasibətinin törətdiyi fəsaddır. Bütün bəşəriyyətin mövcudluğuna təhlükə yaradan Qodzilla insanlara cəza olaraq göndərilmiş bir varlıqdır”, - deyə Namiq Quliyev vurğulayıb.



Namiq Quliyev kinotənqidçilərin əsas rollarda Aaron Teylor-Conson, Ken Vatanabe, Jülyet Binoş və digər aktyorların çəkildiyi Qodzilla 3D filminə nümayişə başlandığı ilk gündən böyük gəlir əldə edəcəyini proqnozlaşdırdıqlarını qeyd edərək Şimali Amerikada artıq ilk seanslara satılan biletlərin $70 mln.-a çatdığını vurğulayıb.



Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Park Cinema kinoteatrlar şəbəkəsinin sayca 4-cü kinoteatrında Park Cinema Zaqulbada 4 zal, 600 kreslo var. Zalların hər biri ən son texnologiyalarla təchiz olunub. Park Cinema Fıame Tower isə şəbəkənin 6-cı kinoteatrıdır. Kinoteatrın bir zalı İMAX texnalogiya ilə təchiz olunub. 1000 oturacaqlı kinoteatr Azərbaycan kino bazarında tamamilə yeni səhifə açacaq.



Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.


Teqlər:
Bu xəbər cəmi 5810 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR