Yollarda hərəkət edən velosipedçilər arasında ölüm hadisələrinin sayını azaltmaq üçün Britaniya hökuməti adi hərəkət sxemlərini dəyişdirməyi qərara alıb.
Bu proqram çərçivəsində bəzi yollarda ikitəkərli nəqliyyata üstünlük veriləcək. Yenidənqurmada ilk olaraq London, Mançester, Birminhem, Nyukasl və Oksford iştirak edəcəklər.
“Euromag” xəbər verir ki, bu şəhərlər velosipedçilərin sayına görə liderlərdir.
Dünya təcrübəsindən məlumdur ki, Hollandiyada və Almaniyada bəzi şəhər küçələrində avtomobillərin hərəkəti qadağan olunsa da, xüsusi küçələrdə velosipedçilərin hərəkətinə icazə verilib.