Bu göstərici hava nəqliyyatında 782,5 manat, dəniz nəqliyyatında 707,9 manat, metro nəqliyyatında 606,0 manat, avtomobil nəqliyyatında 530,4 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat təşkil edib.
Əmək haqqı metro nəqliyyatında 14,9 faiz, avtomobil nəqliyyatında 8,1 faiz, dəniz nəqliyyatında isə 5,2 faiz artıb.
Bildirək ki, cari ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 75,1 min muzdlu işçinin 72,4 faizi dövlət müəssisələrində, 27,6 faizi özəl bölmədə çalışıb.
İşçilərin 51,9 faizi yerüstü və boru kəməri, 12,2 faizi su, 15,7 faizi hava nəqliyyatı, 20,2 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.