Azərbaycana Hollandiya və Fransadan 2 300 baş südlük istiqamətli “Saanen” və ətlik-südlük istiqamətli “Alpin” keçi cinsləri alınıb gətirildi.
Bunu “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov bildirib.
Onun sözlərinə görə, Fransadan diri çəkisi 80-90 kq, laktasiya dövrü 250 gün, məhsuldarlığı ildə 800-1000 litr süd, illik bala verməsi 2-3 dəfə olan 340 baş “Alpin” və Hollandiyadan çəkisi 50-60 kq, laktasiya dövrü 270-300 gün, məhsuldarlığı ildə 1000-1200 litr süd, ildə 2 baş bala verən “Saanen” keçi cinsləri ölkəyə gətirilib.
Ə.Bayramov əlavə edib ki, ölkəyə gətirilən keçilər Ağcabədi rayonunda bir təsərrüfata verilib:
“Hazırda bu heyvanların bizim ölkəyə uyğunlaşıb-uyğunlaşmadıqları izlənilir. Nəticə yaxşı olarsa, bu ilin payız ayında onların kütləvi şəkildə gətirilməsinə başlanacaq”.