Gəncə Olimpiya İdman Kompleksində cüdo turniri keçirilib. Yarış ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub.
Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşəbbüsü və YAP-ın Gəncə şəhər təşkilatı, yerli Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan yarışın açılış mərasimində ümummili lider Heydər Əliyevin siyasi fəaliyyətinə nəzər salınıb. Ulu öndərin ölkəmizdə idmanın inkişafı üçün gördüyü məqsədyönlü işlərdən danışılıb. Rəsmi hissənin ardından turnirə start verilib.
Bununla da müxtəlif səhər və rayonların cüdoçuları mükafatlar uğrunda mübarizəyə qoşulublar. Tatami üzərinə Gəncə, Bakı, Sumqayıt, Yevlax, Bərdə, Goranboy, Samux, Şəmkir və Tovuz təmsilçiləri çıxıblar. 1999-2001-ci ci il təvəllüddən olan cüdoçular arasında düzənlənən yarışda 11 komandanın tərkibində ümumilikdə 160 idmançı 12 çəki dərəcəsində qüvvəsini sınayıb.