Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı sürücüləri üçün YENİLİK

Bakı sürücüləri üçün YENİLİK


Bakı sürücüləri hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu SMS vasitəsilə öyrənə, ödənişləri isə telefonla edə biləcəklər.



Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev məlumat verib.



Onun sözlərinə görə, iyunun sonu - iyulun əvvəlində artıq avtomobil sahiblərinə müvəqqəti duracaqlarda maşının saxlanması vaxtının bitdiyi barədə SMS göndərmək mümkün olacaq: "Bundan əlavə, smartfonlar üçün əlavə proqramlar da tətbiq ediləcək ki, bunun vasitəsilə sürücülər hansı müvəqqəti duracaqda boş yerlərin olduğunu öyrənə biləcəklər. Həmçinin sürücülər ödənişləri telefonla ödəyə biləcəklər".



H.Abdullayev bildirib ki, bundan başqa, xüsusi təmassız kartlar da buraxılacaq ki, avtomobil parkomata yaxınlaşdıqda məbləğ avtomatik tutulacaq. Həmin kartlarla balansı doldurmaq və onların vasitəsilə bütün parkomatlarda ödəmə etmək mümkün olacaq: "Ərazilərdə yeni xəbərdaredici nişanlar quraşdırılacaq. Artıq pilot variant olaraq 6 aparatı qurduğumuz yerlərdə nişanları da dəyişirik. Məsələn, Konstitusiya Məhkəməsinin önündə qoyulan nişanda sürücülərə bildirilir ki, ödənişli duracağa daxil olurlar".



Onun sözlərinə görə, bundan başqa, yollarda onlayn rejimdə işləyən elektron lövhələr qoyulacaq: "Həmin lövhələr duracaqlardakı boş yerləri göstərəcək. Lövhədə küçənin adı yazılacaq və neçə boş avtomobil yerinin olduğu göstəriləcək. Bu iş mərhələlərlə həyata keçiriləcək. Payıza qədər artıq bu işləri bitirməyə çalışacağıq. Çalışırıq ki, ilin axırına kimi bu sistemi tam şəkildə işə salaq".



H.Abdullayev qeyd edib ki, müvəqqəti duracaqların olacaqları yerlər hələ tam dəqiqləşməyib: "Bunlar Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən birgə müəyyənləşdirilir. Yəqin parkomatlar gəldikcə həmin yerlər də tədricən müəyyənləşəcək. İlin sonuna kimi 1000 parkomat gətirilərək quraşdırılacaq".


Teqlər:
Bu xəbər cəmi 1140 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR