Mayın 14-də Şamaxı rayonunun Şərədil kəndində beşulduzlu "Şamaxi Palace Platinum By Rixos" otelinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si "Delux", 9-u "Suite", 8-i "King-suite", 3-ü isə "Presidential suite"dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, "SPA" mərkəzi və s. vardır.
Dövlət başçısı otelin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.