Məlumatda bildirilir ki, ona qarşı bu jestin edilməsi səbəbsiz deyil. Çünki sabiq deputat həbsə düşdüyü gündən etibarən özünü ehtiyatlı aparır, hakimiyyətə sədaqətini nümayiş etdirən bəyanatlar verir. Hakimiyyət onun azadlıqda olarkən verdiyi hədələyici bəyanatlarını həyata keçirmədiyindən məmnun olduğu üçün, bu formada mükafatlandırır.
G.Əhmədovanın kamera yoldaşının kimliyi ilə bağlı da məlumat almışıq. Öyrəndiyimizə görə, bu, Ulduzə Xanlarova adlı ali məktəblərdən birində işləmiş keçmiş dekandır. Sözügedən xanım da G.Əhmədova kimi dələduzluq maddəsi ilə ittiham olunub. Onun eks-deputatla bir kameraya salınması isə təsadüf deyil. Məqsəd G.Əhmədovanı daim nəzarətdə saxlamaq, onun addımlarına diqqət etməkdən ibarətdir. Hazırda hakimiyyətin əsas məqsədi G.Əhmədovanın sağ qalmasını təmin etməkdir. (“Yeni Müsavat”da olan bilgiyə görə, həbsindən az əvvəl istintaqda məlumat olub ki, G. Əhmədovanı öldürməyə təşəbbüs ediləcək... )
Amma bu məsələyə dair rəsmi açıqlama verilmir.