Şirkətin rəhbəri Fransua Ok bu ayın sonunadək “Azərkosmos”un təklifini dəyərləndirəcəyini bildirib.
O qeyd edib ki, Azərbaycanın peyk sahəsinə olan marağını görürük.
“Başa düşürük ki, eyni zamanda peyk resurslarının reallaşdırılmasına da böyük maraq var.
Biz də öz növbəmizdə Azərbaycanın bu maraqlarını cavablandırmağa çalışacağıq. “Astrium”un “Azərkosmos”la imzaladığı müqavilənin əsas məqsədi də məhz budur”,-deyə, o bildirib.
Şirkət rəhbəri qeyd edib ki,bizim ortaq strateji və ticarət maraqlarının reallaşdırılmasında böyük potensialımız və hər iki istiqamət üzrə əməkdaşlıq imkanlarımız var.
Qeyd edək ki, “Astrium” şirkəti kosmik proqramların reallaşdırılması və telekommunikasiya peyklərinin istehsalı sahəsində aparıcı dünya şirkətlərindən biridir. “Astrium” eyni zamanda peyk və hava müşahidəsi məlumatlarının operativ istifadəsi sahəsində xidmətlərini inkişaf etdirir.