May ayının 15-16 tarixində İranın paytaxtı Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışı keçiirləcək.
Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçilərinin iştirak edəcəyi yarışda millimiz Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayacaq.
Dünya Kubokunda iştirak edəcək komandamız artıq Tehrandadır. Baş məşqçi Cəmşid Xeyrabadi, məşqçilər Mehrizad Esfandiyarifar və Akif Əliyevin rəhbərliyi altında 13 güləşçimiz heyətdə yer alıb. Yarışda Azərbaycanı Taleh Məmmədov, Orxan Əhmədov (hər ikisi 59 kq), Azad Əliyev, Həsən Əliyev (hər ikisi 66 kq), Rüstəm Əliyev, Rəsul Çunayev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov, Saman Təhmasibi (hər ikisi 85 kq), Araz Həsənov (98 kq), Sabah Şəriəti və Valera Rodriqesdən (hər ikisi 130 kq) ibarət heyət təmsil edəcək.
Mayın 15-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.