Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kanadada 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib

Kanadada 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib
Kanadanın Ontario əyalətinin London şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə 28 May – Respublika Günü münasibətilə burada fəaliyyət göstərən “Azəri-Türk Kanada Assosiasiyası” tərəfindən tədbir təşkil edilib.


Kanadanın elm və texnologiya üzrə dövlət naziri Ed Holder, Kanada parlamenti və Ontario əyaləti parlamentinin üzvləri, eləcə də London şəhər şurasının təmsilçisi tədbirə qatılan qonaqlar arasında olublar.



Tədbirin açılışında çıxış edən “Azəri-Türk Kanada Assosiasiyası”nın sədri Kəmalə Şiriyeva rəhbərlik etdiyi təşkilat barədə qonaqlara məlumat verib və tədbirə qatılan yüksək səviyyəli qonaqlara təşəkkürünü bildirib.



Assosiasiyanın gənclər bölməsinin sədri Səbinə Əzizli isə Azərbaycan Demokratik Respublikasının tarixi barədə təqdimatla çıxış edib.



Daha sonra tədbirə qatılan Kanadanın dövlət naziri və millət vəkilləri çıxış edərək, Azərbaycan icması və xalqını Respublika Günü münasibətilə təbrik ediblər.



London şəhər şurasının üzvü isə şəhər meri Co Fontananın (Joe Fontana) Londonun Azərbaycan icmasına təbrik məktubunu təqdim edib.



Daha sonra Azərbaycanın Kanadadakı səfirliyinin təmsilçisi çıxış edərək may ayının 10-nun Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü olduğunu vurğulayıb, Azərbaycan Demokratik Respublikasının yaranmasının tarixi əhəmiyyətindən, müstəqilliyin bərpasından keçən dövr ərzində ölkənin keçdiyi inkişaf yolundan, ölkəmizin son on ildə əldə etdiyi nailiyyətlər, o cümlədən iqtisadi inkişaf, yoxsulluğun azaldılması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, terrorizmə qarşı müharibədə iştirakı, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyi barədə danışıb. Eyni zamanda Kanada-Azərbaycan əlaqələrinin hazırkı durumu və perspektivləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.



Tədbirin sonunda qonaqlar üçün mədəni proqram təşkil edilib, Azərbaycan musiqisi və rəqsləri nümayiş etdirilib.


Teqlər:
Bu xəbər cəmi 1660 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR