Xəbər verildiyi kimi, bu gün günorta saatlarında Masallı şəhəri ərazisində Masallı Rayon Polis Şöbəsinin (RPŞ) yol patrul xidmətinin əməkdaşı Ariz İsmayılov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. JAM.AZ xəbər verir ki, Ruslan adlı şəxs tərəfindən iki bıçaq zərbəsi alan yaralı dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralının üzərində 3 saatdan artıq cərrahiyyə əməliyyatı aparılıb.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, YPX əməkdaşı Ariz İsmayılovun bıçaqlanmasının səbəbi təsadüf olub. Belə ki, həmin vaxt polis işçisi yol hərəkət qaydasını pozmuş sürücünü saxlayıb, ona protocol tərtib edirmiş. Bu zaman Ruslan adlı şəxs oradan keçirmiş və YPX əməkdaşının hərəkəti ona xoş gəlməyib. Maşından düşən həmin şəxs əvvəlcə Ariz İsmayılovla mübahisə edib, sonra isə onun ürək nahiyyəsindən iki bıçaq zərbəsi endirib.
JAM.AZ-ın dəqiqləşdirdirmələri zamanı məlum olub ki, cinayəti törətmiş Ruslan Masallı rayonu, Qızılağac kənd bələdiyyəsinin sədri Minaxanımın qızının həyat yoldaşıdır. Onun narkotik maddələrin aludəçisi olduğu da verilən məlumatlar sırasında var.