O cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 0,1 faiz artıb, emal sənayesi üzrə isə 0,4 faiz aşağı düşüb.
2014-cü ilin aprel ayında mədənçıxarma sənayesi bölməsində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 6,3 faiz ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 3,0 faiz, xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.